İstifade Qaydası
Barf məhsulları Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi -nin icazəsi ilə istehsal olunur...
BARF Qidasının Faydaları
• Təmiz və sağlam dişlər
• Daha çox və sabit enerji
• Yumşaq və parlaq tüklər
• Daha təmiz qoxulu dəri
• Artan əzələ kütləsi, daha fit və sağlam bədən quruluşu
• Qaşıntının azalması
• Daha az nəcis
• Daha güclü immunitet
• Qidaların orqanizm tərəfindən daha yaxşı mənimsənilməsi
• Quru və ya istiliklə işlənmiş qidalarda itirilən qida dəyərləri, BARF qidalanmada yoxdur.
• Quru yeməkdə olan zərərli əlavələrdən və kimyəvi maddələrdən xilas olan bədən
• Daha az su istehlakı ehtiyacı. Su ehtiyacı əzələ ətindən qarşılanır, beləliklə böyrəklər daha sağlam olur
• İnsan sağlamlığına uyğun minerallar (Quru qidada itinizin pəhrizinə hansı qida maddələrinin daxil olduğunu bilmirsiniz?).
Dostunuzun uzun illər sağlam yaşaması üçün doğru qidalanması çox vacibdir. Konservləşdirilmiş və ya quru qidalar bir müddət sonra daxili orqanlarda toplanır. Çünki; Onların hamısı uzun müddət xarab olmamasını təmin etmək üçün böyük miqdarda əlavələr qatılır. Ev heyvanınızı bişmiş və ya işlənmiş qidalarla bəsləmək onların sağlamlığı üçün zərərlidir. Süni taxıl və karbohidrat əsasən it yemlərində, bir çox qidaların keyfiyyətini aşağı salır, çoxsaylı sağlamlıq problemlərinə səbəb olur. BarfTrAz olaraq biz quru qidalanma üsulunu təsdiq etmirik.
Barf, çiy ət və ət məshullarını bioloji cəhətdən uyğun vəziyyətə gətirmək, -18 dərəcədən -40 dərəcəyə qədər şoklayıb, yəni bakteriya və parazitdən azad edib, hazırlamaqdır. BARF - it və pişiklərin təbiətinə uyğun təbii qidalanması üçün pəhrizdir. BARF-ın məqsədi heyvanların sağlamlığını və uzunömürlülüyünü maksimuma çatdırmaqdır.
İT VƏ YA PİŞİK NECƏ DÜZGÜN BƏSLƏNMƏLİ?
Təbii ki, bu, təkamül baxımından it və pişiklərin inkişaf etdirdiyi ən yaxşı pəhrizdir və bu, bioloji cəhətdən uyğun doğal qida pəhrizidir. Barf əsasən ət, sümük, meyvə və tərəvəzdən ibarət olan və dostlarımıza şoklanaraq çiy şəkildə təqdim edilən pəhrizdir.
Bir çox mütəxəssis tərəfindən bəyənilən bu qidalanma üsulu Türkiyədə və Azərbaycanda hələ geniş yayılmasa da, Avropada böyük diqqət çəkir. Çiy qidaların heyvanlara heç bir zərəri olmadığı elmi şəkildə sübut edilmişdir. Heyvanlar da onu ləzzətlə yeyirlər. Bu qidalar organik olduğundan, daha aromatikdirlər və bişirilmədikləri üçün mineral balansları pozulmur. Barf dietası ilə qidalanan ev heyvanlarının ömrü uzanır, immunitet sistemi güclənir, allergiya problemləri aradan qalxır, dişlər güclənir və ağarır, daha az nəcis olur və nəcisdə qoxu problemi aradan qaldırılır, yumşaq və parlaq tüklərə sahib olur, eləcə də güclü dəri və dırnaqlar, oynaq ağrılarından azad olur, həmçinin bu proseslər elmi cəhətdən sübut edilmişdir. Kalsifikasiyanın azaldığı sübut edilmiş, Barfla qidalanan candostlarda əzələ kütləsinin artması ilə daha sağlam bir bədən müşahidə edilir və həzm sistemi sağlam işləyir.
BarfTRAZ olaraq biz dəyərli müştərilərimizə bakteriyaların inkişaf edə bilməyəcəyi uyğun şərtlərdə, qida dəyərini və minerallarını öldürmədən, donduraraq (şoklayaraq) təzə qidaları candostlara təqdim edirik.
TƏRKİBİ
Mal əti və yağı, malın ağ ciyəri, mal dalağı, mal qarnı, mal yelini, malın qida borusu,toyuq hissələri (qanad,boğaz,ciyər,ürək ), balıq (mövsümə uyğun), çuğundur, brokoli, yerkökü, ispanaq, yaşıl alma,balqabaq, zeytun yağı, yumurta, sarıkök, alma sirkəsi.
SAXLAMA ŞƏRTLƏRİ
** Soyuducu. +4C 4 gün
** Buzluq. -6C 8 gün
** Buzluq. -12C 3 həftə
** Dondurucu. - 18C 1 il
MƏHSULUN İSTİFADƏ TƏLİMATI
- Məhsulu qəbul etdiyinizdə -18 dərəcədə donmuş olub-olmadığını yoxlayın. Əks halda BarfTRAZ nümayəndələri ilə əlaqə saxlayın.
- Zəhmət olmasa quru buza çıplaq əllə toxunmayın.
- Məhsulları candostunuzun yeyəcəyi qədər +4 dərəcədə gözlədərək buzun açılmasını təmin etdikdən sonra yeməsi üçün təqdim edin. Yeyilməyən məhsulu təkrar soyuducu və dondurucu tətbiqi məqsədəuyğun deyil.
- Məhsul çiğ qida rejimidir. Isitmə kimi təsir tətbiq etmək məsləhət görülmür.
- Sənin dostunun günlük istehsal miqdarını mütəxəssis veterinar həkim və BarfAZ nümayəndələrindən öyrənin. Adətən candostunuzun çəkisinin 3-5% nisbətində, Yaz aylarında və qış aylarında sənin dostunun günlük istehsalı fəaliyyətlərinə görə dəyişə bilər. Bu da onun gündə nə qədər addım sayından vəya küçə gəzməyindən asılıdır.
- Məhsulun donu çözündükdən sonra yenidən dondurmayın.
- Əlavə problemləriniz olsa, BarfAZ veterinar həkiminə və ya nümayəndələrinə müraciət edin.
Mix Barf Kullanımı